Qarabaq.info » Dünya » Təhlil: ABŞ-ı Sakit Okean hövzəsində gözləyən sınaqlar [Video]


Təhlil: ABŞ-ı Sakit Okean hövzəsində gözləyən sınaqlar [Video]

 

ABŞ-ı Sakit Okean hövzəsində ciddi sınaqlar gözləyir


2017-ci ilin ABŞ-ın Sakit Okean hövzəsi ölkələri ilə hərbi əməkdaşlığında qəliz il olacağı görünür. Birləşmiş Ştatların gözləyən bəzi sınaqlara nəzər salırıq.


Beynəlxalq daşınma kananllarını açıq saxlamaq üçün böyük və aqressiv Çinin nə üçün hədə olacağını görmək asandır.

Ancaq Filippin və Şimali Koreya kimi kiçik ölkələr də Sakit Okeanı hövzəsində böyük dalğalar yaradır.

Prezident Obama da cənab Trampa bildirib ki, Şimali Koreya ən az məhəl qoyulan təhlükədir. Təhlilçi Maykl Ohanlon

"Prezident Obama da cənab Trampa bildirib ki, Şimali Koreya ən az məhəl qoyulan təhlükədir" - Brukinqs İnstitutundan Maykl Ohanlon bildirib.

Ekspertlər deyir ki, Şimali Koreya hər il 6-ya yaxın nüvə silahı istehsal edir. ABŞ-ın hərbi rəsmilərinin sözlərinə görə, ölkə hazırda bu silahları atmaq qabiliyyətinə malik olsa da, bu nüvə başlıqları hələlik nəzərdə tutulan hədəfi vura bilmir.

ABŞ-ın uzun müddətdir müttəfiqi olan Filippin bu ilin əvvəlində Rodriqo Duterte prezident seçilməsi ilə ABŞ-la münasibətləri azaltmağa başlayıb.

ABŞ Hərbi Dəniz Qüvvələri rəsmiləri Amerikanın Səsinə bildirib ki, onlar daha çox müdafiə bacarığına yönəlmiş illik birgə təlimləri gələn il fövqəladə vəziyyət təlimlərinə dəyişəcəklər.

Ordu da gələn il Filippində keçirələcək təlimlərin döyüş hazırlığından humanitar yardıma dəyişəcəyini bildirib.

"Biz hazırda filippinlilərlə işləyirik. Filippindəki əməliyyatlarımıza bəzi düzəlişlər etməli ola bilərik və biz buna hazır idik" - ABŞ ordusundan general-leytenant Stefen Lanza bildirir.

Buna baxmayaraq regionda ABŞ-ın hərbi mövcudluğu güclü olaraq qalacaq.

Dəniz qüvvələrinin Sakit Okean regionunda 4 təyyarə daşıyan gəmisi var.

Biz hazırda filippinlilərlə işləyirik. Filippindəki əməliyyatlarımıza bəzi düzəlişlər etməli ola bilərik və biz buna hazır idik. General-leytenant Stefen Lanza

Ordu Cənubi Koreya, Filippin və ilk dəfə Kamboca ilə Sakit Okean Hövzəsi Marşruları kimi tanınan ağır artilleriya hərbi təlimləri keçirir.

Lanza deyir ki, Vyetnam da gələcəkdə bu təlimlərə qoşulmağı xahiş edib: "Orada olmaq istəyirlər. Münaqişələrə və yanlış hesablamalara cəlb olunmamaq üçün orada olmaq istəyirlər. Fikrimcə bizim orada mövcudluğumuz çox vacibdir. Bilirəm ki, tərəfdaşlarımız bizim Sakit Okean hövzəsində olmağımıza görə bizə təşəkkür edir".

Onun sözlərinə görə, çoxmillətli hərbi təlimlərin keçirilməsi dövlətləri kritik anlarda birgə işləməyə hazırlamaq üçün mühümdür. amerikaninsesi.org