Qarabaq.info » Dünya » BMT-nin yeni baş katibi islahatlara başlayır


BMT-nin yeni baş katibi islahatlara başlayır

 

Bürokratiya ilə mübarizə, idarəetmə aparatının optimallaşdırılması, BMT İnstitutları daxilində koordinasiyanın gücləndirilməsi və sülhməramlı əməliyyatlar sferasında aktivləşmə BMT-dəki daxili reformların əsas prioritetləri olacaq.


Qarabaq.info Axar.az istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında BMT-nin yeni seçilmiş Baş katibi Antoniu Quterriş söyləyib. O, BMT institutlarının bir-birini təkrarlamağa imkan verməyəcəyini açıqlayıb:

“Bizim sülhməramlı qüvvələri daha hazırlıqlı etmək lazımdır. Üstəlik, insan haqlarının ehtiyacları üçün onun tam şəkildə reaksiya vermək qabiliyyəti artırılmalıdır. Bununla biz bir müddət öncə baş vermiş situasiyalardan qaça biləcəyik”.