Ərdoğandan NATO-ya sərt xəbərdarlıq
21 noyabr 2016 11:59
Baxış Sayı: 544,
Müəllif: Qarabaqinfo
Çap Et
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 15 iyul hərbi çevriliş cəhdində iştirakda şübhəli bilinən hərbçilərlə bağlı NATO-ya xəbərdarlıq edib.Qarabaq.info Moderator.az istinatən xəbər verir ki, Ərdoğan qiyamçıların NATO-da çalışması, yaxud NATO tərəfindən onlara sığınacaq verilməsini yolverilməz olduğunu deyib. Prezident Alyansdan terrorçuluqda ittiham olunan hərbçilərin ekstradisiya olunmasını tələb etdiklərini qeyd edib. Xatırladaq ki, NATO-nun Baş katibi Yens Stoltenberq 15 iyul hərbi çevriliş cəhdindən sonra NATO-da çalışan türkiyəli hərbçilərin siyasi sığınacaq üçün müraciət etdiyini açıqlamışdı. |
Bu xəbəri dostlarınla paylaş: