Qarabaq.info » Dünya » Dunya Miyatoviç Azərbaycan hakimiyyətinə yenidən çağırış edib


Dunya Miyatoviç Azərbaycan hakimiyyətinə yenidən çağırış edib

 

ATƏT-in Media azadlığı üzrə nümayəndəsi diffamasiya haqqında qanunvericilikdə islahatlara çağırır


ATƏT-in Media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç diffamasiya haqqında qanunvericilikdə islahatlar aparmaq üçün Azərbaycan hakimiyyətinə yenidən çağırış edib.

Bu barədə təşkilatın bəyanatında deyilir.

Noyabrın 15-də Azərbaycanın baş prokuroru Cinayət Məcəlləsinə düzəlişləri parlamentə təqdim edib.

Düzəlişlər İnternetdə prezidentin şərəf və ləqayətinin təhqir olunmasına görə məsuliyyət nəzərdə tutur.

“Bu düzəlişlər qəbul olunarsa bu, ölkədə söz və media azadlığının vəziyyətinə dair yeni mənfi siqnal olacaq. Mən hakimiyyəti bir daha Azərbaycanda diffamasiyanın dekriminallaşdırılması barədə çoxdankı vədini yerinə yetirməyə çağırıram”, - D.Miyatoviç vurğulayıb. amerikaninsesi.org