'Trump NATO-ya ticarət müəssisəsi kimi baxmamalıdır'
11 noyabr 2016 10:58
Baxış Sayı: 570,
Müəllif: Qarabaqinfo
Çap Et
Ursula von der Leyen Almaniyanın müdafiə naziri ABŞ prezidenti seçilmiş Donald Trump-a xəbərdarlıq edib. O, Trump-a Rusiyaya çox yaxınlaşmamağı, NATO-ya isə ciddi yanaşmağı, bu qurumla ticarət malı kimi davranmamağı məsləhət görüb. «Ümid edirik ki, müşavirləri ona deyəcək və o özü də öyrənəcək ki, NATO bir ticarət müəssisəsi, bir şirkət deyil». - Almaniyanın müdafiə naziri Ursula von der Leyen belə deyib. O, NATO-un ümumi dəyərlərə və tarixi təcrübəyə əsaslanaraq idarə olunduğunu vurğulayıb. D.Trump seçki kampaniyası zamanı demişdi ki, avropadakılar müdafiə məsələlərinə kifayət qədər vəsait xərcləməsələr, onlarla müttəfiqlikdən imtina edəcək. Von der Leyen NATO-nun həmişə ABŞ-ın tərəfində olduğunu söyləyib. «İndi Donald Trump kimin tərəfində olduğunu açıq deməlidir. Qanun , sülh və demokratiyanın tərəfindədir, yoxsa bütün bunlar onun vecinə deyil, sadəcə, özünə yaxşı dost axtarır? Bunu aydınlaşdırmalıdır». Avropa liderlərinin narahatlığına səbəb Trump-ın seçki kampaniyası zamanı Putin-i tərifləməsi, Rusiyayla münasibətləri yaxşılaşdıracağını vəd etməsidir. azadliq.org |
loading...
| « Sentyabr 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 | ||||
Saytı bəyənirsinizmi?
|
Bu xəbəri dostlarınla paylaş:
|





















“Vətən uğrunda – Qəhramanlıq salnaməsi” layihəsi uğurla icra olundu.
