Qarabaq.info » Dünya » Putin:"miqrantların sosial adaptasiyasına cavabdeh orqan yaradılmalıdır"


Putin:"miqrantların sosial adaptasiyasına cavabdeh orqan yaradılmalıdır"

 

Rusiya prezidenti Vladimir miqrantların sosial və mədəni adaptasiyasına daha çox diqqət yetirməyi tələb edib

 Qarabaq.info TASS agentliyinin məlumatına görə, millətlərarası münasibətlər Şurasının iclasında Putin deyib ki, millətlərarası münasibətlərə cavabdeh olan federal orqan yaradılmalıdır.

Putin həmçinin bildirib ki, hazırda bu sahə hüquqi normalarla, təşkilati və iqtisadi alətlərləkifayət qədır təmin olunmayıb.

Putin stastistik göstəricilərə də əsaslanıb ki, rəyi soruşulanların 80 faizi hesab edir ki, Rusiyada millətlər arasında münasibətlər normaldır. O qeyd edib ki, bu göstərici bir neçə il əvvəl 55 faiz idi.

Putin onu da qeyd edib ki, Rusiyada dinlərarası və milllətlərarası münasibətlər üzrə mütəxəssis çatışmır. azadliq.org