ABŞ Səudiyyə koalisiyasına dəstəyini nəzərdən keçirir
09 oktyabr 2016 19:48
Baxış Sayı: 712,
Müəllif: Qarabaqinfo
Çap Et
Obama adminstrasiyası Yəməndə döyüşən Səudiyyə Ərəbistanın başçılıq etdiyi koalisiyaya dəstəyini təcili nəzərdən keçirməyə başlayıb. Buna səbəb dünən paytaxt Sənada dəfn mərasiminə koalisiyanın hücumu nəticəsində 140-dan çox insanın ölməsidir. Paytaxtda törədilmiş hava hücumu 500 insanın isə yaralanmasına səbəb olub. Birləşmiş Ştatlar öz prinsipləri, dəyərləri və maraqlarına dayanaraq koalisiya dəstəyi nəzərdən keçirməyə hazırlaşır. Bu maraqlardan biri də Yəməndə faciəvi münaqişəyə dərhal və birdəfəlik son qoymaqdır.ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Ned Prays ABŞ Milli Təhlükəsizlik Şurasının açıqladığı bəyanatda sözçü Ned Prays bildirib ki, Birləşmiş Ştatlar dəfn mərasiminə qarşı hava hücumunun törədilməsindən ciddi narahatdır. O, bunu yəmənli mülki vətəndaşların hədəf alınmasının davamı adlandırıb. Prays deyib ki, ABŞ-ın Səudiyyənin rəhbərlik etdiyi əməliyyatlara dəstəyi son zamanlar onsuz da həddən artıq azalıb. "Birləşmiş Ştatlar öz prinsipləri, dəyərləri və maraqlarına dayanaraq koalisiya dəstəyi nəzərdən keçirməyə hazırlaşır. Bu maraqlardan biri də Yəməndə faciəvi münaqişəyə dərhal və birdəfəlik son qoymaqdır" - deyə sözçü bildirib. Səudiyyə Ərəbistanı bu gün hücumu araşdırılacağını bildirib. BMT baş katibi Ban Ki Mun sözçüsü isə deyib ki, mülki vətəndaşlara qarşı hər hansı bilərəkdən həyata keçirilmiş hücum qəti şəkildə qəbul edilməzdir. O, hücumu təcili araşdırılmalı olduğunu vurğulayıb. |
loading...
« Dekabr 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Saytı bəyənirsinizmi?
Bu xəbəri dostlarınla paylaş:
|