Qarabaq.info » Dünya » Gürcüstanda saat 10-a qədər 8,4% seçici səs verib


Gürcüstanda saat 10-a qədər 8,4% seçici səs verib

 

Saat 10:00-a olan məlumata əsasən Gürcüstanda keçirilən parlament seçkilərində seçicilərin 8,4 faizi səs verib.

 

 Qarabaq.info APA-nın Gürcüstan bürosunun xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının mətbuat katibi Anna Mikeladze bildirib. O, həmin saata qədər 292 min 957 seçicinin səs verdiyini deyib: “Bütün seçki məntəqələrində səsvermə sakit şəraitdə keçir”.    

 

A. Mikeladze MSK-nın nəzdində fəaliyyət göstərən İnformasiya Mərkəzinin 24 saat ərzində fəaliyyət göstərdiyini və daxil olan bütün telefonlara cavab veriləcəyini, maraqlanan vətəndaşların məlumatlandırılacağını vurğulayıb.

 

Qeyd edək ki, seçkiləri azərbaycanlı parlamentarlar da izləyir. Sabir HacıyevAvropa Şurası Parlament Assambleyasını, Əli Məsimli GUAM Parlament Assambleyasını, Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq Qrupunun sədri Əflatun Amaşov və Hikmət Məmmədov Azərbaycanı təmsil edirlər.