Qarabaq.info » Cəmiyyət » “ELS” keçirdiyi “exit-poll”un nəticələrini açıqlayıb - YENİLƏNİB


“ELS” keçirdiyi “exit-poll”un nəticələrini açıqlayıb - YENİLƏNİB


 

“ELS” - Müstəqil Araşdırmalar Mərkəzi referendumla əlaqədar keçirdiyi “exit-poll”un nəticələrini açıqlayıb.
 

Qarabaq.info  APA-nın məlumatına görə, mərkəzin rəhbəri İradə Yaqubova bildirib ki, "exit-poll” ölkə ərazisində 400 seçki məntəqəsində həyata keçirilib. Onun sözlərinə görə, çıxışda sorğu  Naxçıvan Muxtar Respublikası istisna olmaqla, 118 seçki dairəsini əhatə edib: "Könüllülərimiz seçki məntəqələrinin çıxışında dayanıb seçicilərdən sorğu anketini doldurmağı xahiş ediblər. Seçici anketi doldurandan sonra onu şəffaf qutuya atır və beləcə sorğu davam edir. Bu gün saat 08:00-dan başlayan sorğu 18:00-dək davam edib".
 

O qeyd edib ki, saat 18:00-dək olan seçici fəallığı 65,1 faiz təşkil edib. 

 

Dövlət təhlükəsizliyi və müdafiəsinin təmin edilməsi ilə bağlı Konstitusiyaya təklif olunan dəyişikliklərə 90,2% seçici müsbət, 9,8% isə mənfi cavab verib. İnsan və vətəndaş hüquqları və azadlıqlarının təmin edilməsinə dair təkliflər 88,4% seçici tərəfindən rəğbətlə qarşılanıb. 11,6% seçici bu təklifləri qəbul etmədiyini bildirib.

 

Dövlət idarəetməsi sistemi və icra hakimiyyəti strukturunda islahatlarla bağlı təkliflərə 88,5% seçici “Hə”, 11,5% isə “Yox” deyib. Seçkili və təyinatlı vəzifələrin yaş məhdudiyyəti və səlahiyyət müddətinin dəyişdirilməsi ilə bağlı təkliflər 86,4% seçici tərəfindən müsbət, 13,6% mənfi qarşılanıb.