''İraq hökuməti fitnəkarlıqla məşğul olmaqdansa...'' - Binəli Yıldırımdan Bağdad rejiminə sərt ittiham
07 oktyabr 2016 20:37
Baxış Sayı: 833,
Müəllif: Qarabaqinfo
Çap Et
"Bizim hərbçimiz İraqa bu gün getməyib, uzun müddətdir ki, orada çox faydalı işlər görürlər. Bağdad hökuməti bizə qarşı mübarizə aparmaqdansa, İŞİD və PKK-ya qarşı bir şey edə biləcəyi varsa, onu etsin". Qarabaq.info Avropa.info xəbər verir ki, bu sözləri Türkiyənin baş naziri Binəli Yıldırım cümə namazından sonra mətbuata verdiyi açıqlamada deyib. Baş nazir İraqın türk əsgərləri Başikadan çıxsın tələbini əsassız hesab edib. "Bizim hərbimiz də orada vəzifə başındadır, İŞİD-lə mübarizə aparırlar. Bir çox ölkələrin orada hərbçiləri var. Bağdadın bu və buna bənzər açıqlamalarını təhlükəli və fitnəkardır. Bizim hərbimiz İraqa bu gün getməyib, uzun müddətdir ki, orada çox faydalı işlər görürlər. Bağdad hökuməti bizə qarşı mübarizə aparmaqdansa, İŞİD və PKK-ya qarşı bir şey edə biləcəyi varsa, onu etsin. Hər kəs BMT-ni toplantı keçirməyə çağırır, amma kaş BMT dünyanın problemlərini həll etmək xarakterində olsun" deyə Yıldırım qeyd edib.Müsavat.com |
Bu xəbəri dostlarınla paylaş: