Putin DİN-in 10-dan çox generalını işdən çıxarıb
07 oktyabr 2016 17:24
Baxış Sayı: 739,
Müəllif: Qarabaqinfo
Çap Et
Rusiya prezidenti Vladimir Putin Daxili İşlər Nazirliyinin 10-dan çox generalını işdən azad edib.
Qarabaq.info APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya DİN-in təşkilati və həll olunmuş işlər üzrə İdarəsinin rəisi general mayor Leonid Vedenov, DİN-in mülki mühafizə xidmətinin rəisi polis general-leytenantı Sergey Lebedev, onun müavini general-mayor Aleksandr Qrişenko, xidmətin xüsusi tapşırıqlar mərkəzinin rəisi general-mayor Aleksandr Jilkin, DİN-in operativ müdaxilə qüvvələrinin xüsusi tapşırıqlar Mərkəzinin rəisi general-mayor Dmitri Dayiniçenko, Uzaq şərq Federal əyaləti üzrə nəqliyyatda polis idarəsinin rəisi general-mayor Sergey Serikov və operativ müdaxilə qüvvələrinin aviasiya üzrə xüsusi tapşırıqlar Mərkəzinin rəisi general-mayor Vyaşeslav Xaustov vəzifələrindən azad ediliblər. Hüquq-mühafizə orqanlarındakı mənbənin TASS-a verdiyi məlumata görə, S. Serikov istisna olmaqla, vəzifəsindən azad olunan generalların rəhbərlik etdiyi qurumlar bundan sonra Milli Qvardiyaya tabe olacaq. |
loading...
| « İyul 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 | 31 | ||
Saytı bəyənirsinizmi?
|
Bu xəbəri dostlarınla paylaş:
|





















“Vətən uğrunda – Qəhramanlıq salnaməsi” layihəsi uğurla icra olundu.
