Dogru.Tv > Dünya > Putin DİN-in 10-dan çox generalını işdən çıxarıb
Putin DİN-in 10-dan çox generalını işdən çıxarıbTarix: 7-10-2016, 17:24. Müəllif: Qarabaqinfo |
Rusiya prezidenti Vladimir Putin Daxili İşlər Nazirliyinin 10-dan çox generalını işdən azad edib.
Qarabaq.info APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya DİN-in təşkilati və həll olunmuş işlər üzrə İdarəsinin rəisi general mayor Leonid Vedenov, DİN-in mülki mühafizə xidmətinin rəisi polis general-leytenantı Sergey Lebedev, onun müavini general-mayor Aleksandr Qrişenko, xidmətin xüsusi tapşırıqlar mərkəzinin rəisi general-mayor Aleksandr Jilkin, DİN-in operativ müdaxilə qüvvələrinin xüsusi tapşırıqlar Mərkəzinin rəisi general-mayor Dmitri Dayiniçenko, Uzaq şərq Federal əyaləti üzrə nəqliyyatda polis idarəsinin rəisi general-mayor Sergey Serikov və operativ müdaxilə qüvvələrinin aviasiya üzrə xüsusi tapşırıqlar Mərkəzinin rəisi general-mayor Vyaşeslav Xaustov vəzifələrindən azad ediliblər. Hüquq-mühafizə orqanlarındakı mənbənin TASS-a verdiyi məlumata görə, S. Serikov istisna olmaqla, vəzifəsindən azad olunan generalların rəhbərlik etdiyi qurumlar bundan sonra Milli Qvardiyaya tabe olacaq. Geri Qayıt |