Son dərəcə sürətli və ölümcül olacaq - ABŞ-ın III Dünya müharibəsi ssenarisi
06 oktyabr 2016 16:31
Baxış Sayı: 875,
Müəllif: Qarabaqinfo
Çap Et
“Gələcəyin ordusu” adlı panelə qatılan amerikalı generallar III Dünya müharibəsi ssenarisinin necə ola biləcəyi barədə fikirlərini bölüşüblər.Qarabaq.info Avropa.info-ya istinat xəbər verir ki, III Dünya müharibəsi başlayacağı təqdirdə son dərəcə sürətli və ölümcül olacaq. Amerikalıların hesablamasına görə gələcəkdə bu müharibənin qarşısını almaq mümkünsüzdür. Ehtimal olunan müharibə ssenarisində ağıllı silahların istifadə olunacağını qeyd edən ABŞ zabiti gələcəkdə ölkələr arasında qanlı müharibənin baş vermə faizinin çox yüksək olduğunu bildirib. Çin və Rusiya kimi ölkələrin ordularının texnologiya baxımından hər il irəlilədiyini deyən general-leytenant Hiks Pentaqonun bu təhlükəyə hazır olduğunu, müharibə baş verəcəyi təqdirdə isə bunun Koreya müharibəsindən bu yana görmədiyimiz səviyyədə böyük müharibə olacağını deyib. Zabit Cozef Anderson deyib ki, ABŞ-ın təhlükə olaraq gördüyü ölkələr hərbi sahədə rəqabət aparan modern dövlətlərdir və bu məsələdə təcavüzkar siyasət aparırlar. General Mark A.Milley isə gələcəyin müharibələri içində kiber müharibənin əhəmiyyəti artacaq. |
Bu xəbəri dostlarınla paylaş: