“Ərəb payızı” başlayır: Tunis lideri geri dönür
05 oktyabr 2016 19:01
Baxış Sayı: 715,
Müəllif: Qarabaqinfo
Çap Et
Tunisin eks-prezidenti Zeynəl Abidin Bin Əli ölkəyə geri dönmək niyyətindədir.Qarabaq.info Bunu jurnalistlərə açıqlamasında eks-prezidentin vəkili Münir Bin Saleh söyləyib. Onun sözlərinə görə, eks-prezident heç vaxt Tunis xalqından siyasi üzr tələbini qəbul etməyəcəyini bildirib: “Tunisin vəziyyəti əvvəlkindən daha pisdir. Zeynəl Abidin Bin Əlinin tərəfdarları əvvəlkindən daha çoxdur. Onlar Bin Əlini geri səsləyirlər. Biz Tunisdən yalnız ədalətli məhkəmə haqqında təminat istəyirik. Bu reallaşsa, ölkəyə geri dönəcəyik”.(axar.az) Qeyd edək ki, Tunis də ərəb baharının əsas qurbanlarından biri olub. 2011-ci ildə 24 il ölkəni idarə edən Bin Əli devrilib. Prezident Səudiyyə Ərəbistanına qaçıb. Rublika.az |
Bu xəbəri dostlarınla paylaş: