Azərbaycandan Avropa Məhkəməsinin hakimliyinə namizədlərin siyahısı AŞPA-nın komitəsindən keçib
04 oktyabr 2016 18:22
Baxış Sayı: 717,
Müəllif: Qarabaqinfo
Çap Et
Avropa Şurası Parlament Assambleyası (AŞPA) Avropa İnsan Haqları Məhkəməsinə (AHİM) Hakimlərin Seçilməsi Komitəsində AİHM-ə seçilmək üçün namizədliyi irəli sürülmüş 3 azərbaycanlı hakimin məsələsinə baxılıb.
Qarabaq.info APA-nın AŞPA-ya istinadən verdiyi məlumata görə, sentyabrın 29-da komitə iclası zamanı azərbaycanlı namizədlərin siyahısı komitənin tövsiyələri ilə birlikdə AŞPA-ya göndərilib.
AŞPA-nın oktyabrın 10-14-də keçiriləcək payız sessiyası zamanı oktyabrın 11-12-də hakimin seçilməsi ilə bağlı səsvermənin keçirilməsi gözlənilir.
Azərbaycanın Avropa Şurasındakı səfiri Emin Eyyubov AŞPA-nın baş katibi Voytsex Savitskiyə hakimlər Kəmalə Abıyeva, Lətif Hüseynov və Rövşən İsmayılovun namizədliyinin Azərbaycan hökuməti tərəfindən təsdiqlənməsi barədə məktub göndərib.
Qeyd edək ki, bundan əvvəl 2 dəfə - ötən il iyunun 15-də və bu il yanvarın 24-də AŞPA Azərbaycandan göndərilən namizədlərin siyahısını geri qaytarmışdı. |
loading...
| « May 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | 2 | 3 | ||||
| 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 |
| 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 |
| 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |
| 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 |
Saytı bəyənirsinizmi?
|
Bu xəbəri dostlarınla paylaş:
|





















“Vətən uğrunda – Qəhramanlıq salnaməsi” layihəsi uğurla icra olundu.
