Tramp Cared Kuşnerə tam etibar etdiyini deyib
30 may 2017 13:10
Baxış Sayı: 873,
Müəllif: Qarabaqinfo
Çap Et
ABŞ prezidenti Donald Tramp və Ağ Evin baş müşaviri Cared Kuşner Səudiyyə Ərəbistanı paytaxtı Ər-Riyadda Körfəz Əməkdaşlıq Şurasının sammitində "Cared ölkə üçün çox gözəl iş görür. Mən ona tam etibar edirəm. Ona demək olar hamı tərəfindən hörmət göstərilir və o, ölkəmizin milyardlarla dollara qənaət edəcəyi proqramlar üzərində işləyir. Amma əsas odur ki, o, çox gözəl insandır", Tramp New York Times qəzetinə bildirib. 36 yaşlı Cared Kuşner Trampın hakimiyyətə gəlişindən sonra Ağ Evdə müşavir postundan əvvəl Nyu Yorkda daşınmaz əmlak biznesində icraedici mövqe tuturdu. Cared Donald Trampın böyük qızı İvanka ilə evlidir. İvanka Tramp da Ağ Evdə qeyri-rəsmi müşavir kimi fəaliyyət göstərir. Cared ölkə üçün çox gözəl iş görür. Mən ona tam etibar edirəm. Ona demək olar hamı tərəfindən hörmət göstərilir və o, ölkəmizin milyardlarla dollara qənaət edəcəyi proqramlar üzərində işləyir. Amma əsas odur ki, o, çox gözəl insandır.Donald Tramp ABŞ-ın bəzi media qurumlarının verdiyi məlumata görə, Cared Kuşner dekabr ayında Rusiyanın ABŞ-dakı səfiri Sergey Kislyakla görüş zamanı Moskvadakı rəsmilərlə gizli kommunikasiya kanalının yaradılmasına çalışıb. Xarici siyasət məsələləri üzrə bəzi ekspertlər keçmiş prezident Barak Obamanın hələ hakimiyyətdə olduğu müddətdə belə bir addımla bağlı narahatlıqlarını bildiriblər. Onların fikrincə, bu, ABŞ-ın təhlükəsizliyini hədə altına ala bilərdi. Müxalif demokratlar isə Kuşnerin gizli məlumatlara çıxışının qarşısının alınmalı olduğunu deyiblər. ABŞ Dövlət katibi Reks Tillerson (lsolda), Ağ Evin baş müşaviri Cared Kuşner (ortada), və Milli Təhlükəsizlik məsələləri üzrə müşavir H.R. MakMaster Kuşnerin vəkilləri onun Trampın kampaniyasının Rusiya rəsmiləri ilə əlaqələrinə dair Konqresin apardığı təhqiqatla əməkdaşlıq etmək istədiyini bildirib. Senatın Xarici Əlaqələr komitəsinin sədri Bob Korker deyib: "O məndə çox açıq bir insan kimi təəssürat yaradıb. Mən ona vaxt gələndə özünün hər şeyi izah etməsinə imkan verərdim." Trampın administrasiyasının iki rəsmisi, Milli Təhlükəsizlik məsələləri üzrə müşavir H.R.Makmaster və Daxili Təhlükəsizlik naziri Con Kelli Kuşnerin Moskva ilə əlaqələr yaratmaq cəhdində heç bir yanlışlıq olmadığını bildirib. amerikaninsesi.org Qarabaq.info |
loading...
« Dekabr 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Saytı bəyənirsinizmi?
Bu xəbəri dostlarınla paylaş:
|