Cənubi Koreyada quraşdırılan raket əleyhinə müdafiə sistemi artıq işlək vəziyyətdədir
02 may 2017 18:31
Baxış Sayı: 753,
Müəllif: Qarabaqinfo
Çap Et
ABŞ ordusundan verilən məlumata görə, Cənubi Koreyada quraşdırılmış raket əleyhinə müdafiə sistemi artıq Şimali Koreyadan atılan raketləri aşkar edə bilmək bacarığındadır. Rəsmilərin dediyinə görə, yenicə quraşdırılan Yüksəklikdən Müdafiə Sistemi “ilkin aşkaretmək bacarığı”na malikdir. Buna baxmayaraq, sistemin tam funksional olması üçün bir neçə ay çəkəcək əlavə işlər görülməlidir. Yüksəklikdən Müdafiə Sistemi Seongju ərazisində yerləşən keçmiş qolf sahələrinin birində quraşdırılır. Onun quraşdırılmasında məqsəd Şimali Koreyadan atılan raketlərdən müdafiə olunmaqdır. Çin bu sistemin öz ölkəsinə təhlükə törətdiyi üçün onun quraşdırılmasına kəskin etiraz edir. Bazar ertəsi mətbuat önündə çıxış edən Çinin xarici işlər nazirliyi sözçüsü, sistemin quraşdırılmasının dərhal dayandırılımasına çağırış etdi. Şimali Koreya ballistik raketlərinin inkişafı istiqamətində fəal çalışır. Keçən şənbə də daxil olmaqla, son aylar ərzində ölkə bir neçə uğursuz raket sınaq keçirib.amerikaninsesi.org Qarabaq.info |
loading...
« Dekabr 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Saytı bəyənirsinizmi?
Bu xəbəri dostlarınla paylaş:
|