Qarabaq.info » Dünya » Qırğızıstan prezidenti Türkiyədən Rusiyaya aparıldı –Moskvada "müalicə alacaq"


Qırğızıstan prezidenti Türkiyədən Rusiyaya aparıldı –Moskvada "müalicə alacaq"

 

Türkiyədə qəfil ürəktutmasından xəsətələnən Qırğızıstan Prezidenti Almazbek Atambayev Moskvaya aparılıb.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Atambayevin Moskvada müalicə olunmasını Rusiya hökuməti təklif edib və qırğız prezident də təklifi qəbul edib. Onun Moskva Mərkəzi Klinik Xəstəxanasında müalicə olunacağı gözlənilir.

Xatırladaq ki, Qırğızıstan prezidenti BMT sessiyasında iştirak etmək üçün Nyu-Yorka səfər edən zaman, İstanbuldakı hava limanında qəflədən xəstələnmiş və həkimlərin tövsiyəsi ilə səfərini təxirə salmışdı. Bir neçə gün idi ki, Türkiyədə müalicə olunurdu.

Onu da xatırladaq ki, bir müddət əvvəl Türkiyənin Qırğızıstandan Fətullah Gülənə bağlı məktəbləri bağlamaq tələbini Atambayev hakimiyyəti çox sərt şəkildə geri çevirmişdi və onun bu arada İstanbulda və məhz ABŞ-a səfəri ərəfəsində "xəstələnməsi" siyasi amillərlə də yozulurdu.

Almazbek Atambayevin bu dəfə Türkiyədən Rusiyaya  aparılması da əlavə mülahizələrə rəvac verib.

Strateq.az