QHT rəhbəri SOCAR prezidentinə müraciət etdi
14 sentyabr 2017 14:52
Baxış Sayı: 1 319,
Müəllif: Qarabaqinfo
Çap Et
SOCAR prezidenti cənab Rövnəq Abdullayev, Aldığım məlumata görə sentyabrın 16-da Neft Daşları NQÇİ -ə gedəcəksiniz. Ola bilsin ki, akt zalında işçilərlə görüşünüz də olacaq. Amma yəqin ki, adət ənənəyə uyğun olaraq görüşə, problemləri demə ehtimalı olan işçilər buraxılmayacaq. Çıxış edəcəksiniz, əl çalacaqlar. Öz qəzetləriniz də yazacaq ki, hər şey gözəldir. Təklif edərdim: -Özünüz işçilərə yaxınlaşın (əraziyə bələdsiniz), quda, yeznə, qayınsız -Yataqxanalara baş çəkin. Rəislər yaşayan xüsusi təchiz olunmuş, iqamətgah və otaqlara yox, məhz fəhlənin yaşadığı otaqlara. -Mağazalardakı qiymətlərə baxın (yəqin yazını oxuyan kimi, qiymətlər müvəqqəti dəyişdiriləcək.) Burada satılan bütün ərzaqlar və qeyri ərzaq malları şəhərlə nisbətdə bir neçə dəfə bahadır -Yeməkxanaya fəhlə ilə birlikdə girin, heç olmasa bircə dəfə onların yeməyini yeyin. -Yataqxanada bir stəkan su da için. -Vəzifə sahiblərindən soruşun ki,: -Niyə yataqxanadakı (mətbəxdəki) qaz plitələrini bağlayıblar? -Niyə otaqlarda “şmon” edib soyuducudakı yeməkləri atırlar ? -Niyə hamaxanalarında da içməli sudan istifadə edirlər.?Suyu özünüz açıb yoxlayın. -Niyə Xəzəriaşə MMC üzərində nəzarət yoxdur? Qarabaq.info bu məlumatı Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlının facebook səhifəsinə istinadən verib. |
Bu xəbəri dostlarınla paylaş: