ABŞ və Azərbaycan Sabirabadda yeni tibb məntəqəsi açıb
08 iyun 2017 16:22
Baxış Sayı: 992,
Müəllif: Qarabaqinfo
Çap Et
Sabirabad rayonunun Qaralı kəndində tibb məntəqəsi açılıbİyunun 7-də Azərbaycan və ABŞ-ın birgə səyləri nəticəsində Sabirabad rayonunun Qaralı kənd (Bakıdan 176 kilometr cənub-qərb) sakinləri yeni tibb məntəqəsinin tikintisinin başa çatmasını qeyd edib. Tədbirdə ABŞ səfirinin həyat yoldaşı Anna Sekuta, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Azərbaycanın İqtisadiyyat və Səhiyyə nazirlikləri, yerli icra hakimiyyəti və bələdiyyə nümayəndələri iştirak edib. ABŞ-ın Azərbaycandakı səfirliyinin məlumatına görə, layihə USAID və Azərbaycan hökuməti tərəfindən birgə maliyyələşdirilib və Şərq-Qərb İdarəetmə İnstitutu (EWMI) tərəfindən icra olunub. “Amerika Birləşmiş Ştatları Azərbaycan xalqına dəstək göstərməyə sadiqdir. Bu layihə Amerika xalqının Azərbaycan xalqına səmimi dostluğunun təzahürüdür”, xanım Sekuta qeyd edib. EWMI təşkilatının texniki dəstəyi ilə Qaralı sakinləri yerli və regional hökumət orqanları ilə işləyərək köhnə bir otaqlı məntəqəni icmanın tibbi xidmətlərə ehtiyacını qarşılaya biləcək yeni tibb məntəqəsi ilə əvəzləyib. Bir müayinə otağından və bir gözləmə dəhlizindən ibarət yeni məntəqə Qaralı və qonşu kəndlərdən 3 000-ə yaxın sakinin gündəlik tibb xidmətlərinə çıxışını yaxşılaşdıracaq. amerikaninsesi.org |
loading...
« Dekabr 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Saytı bəyənirsinizmi?
Bu xəbəri dostlarınla paylaş:
|