Qrant müsabiqəsinə təqdim olunmuş 120 layihə maliyyələşdiriləcək
28 sentyabr 2017 17:22
Baxış Sayı: 889,
Müəllif: Qarabaqinfo
Çap Et
![]() Sentyabrın 28-də Təhsil Nazirliyində təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsinin yekunu ilə bağlı brifinq keçirilib. Qarabaq.info AZƏRTAC-a istnadən xəbər verir ki, nazirliyin təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev müsabiqənin dövlət ümumi təhsil müəssisələri və bu qurumlarda çalışan pedaqoji işçilər üçün elan edildiyini xatırladıb. Bildirilib ki, müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə 78, fərdi kateqoriya üzrə 213 layihə təklifi daxil olub. Təşkilat Komitəsi ekspert qrupunun rəyi əsasında ümumi təhsil müəssisələri kateqoriyası üzrə 37, fərdi kateqoriya üzrə 83 layihənin dəstəklənməsini məqsədəuyğun hesab edib. Barələrində müsbət qərar qəbul olunmuş 120 layihənin maliyyələşdirilməsi Təhsil Nazirliyi tərəfindən təsdiqlənib. |
loading...
« Sentyabr 2025 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | 2 | 3 | 4 | 5 | 6 | 7 |
8 | 9 | 10 | 11 | 12 | 13 | 14 |
15 | 16 | 17 | 18 | 19 | 20 | 21 |
22 | 23 | 24 | 25 | 26 | 27 | 28 |
29 | 30 |
Saytı bəyənirsinizmi?
Bu xəbəri dostlarınla paylaş:
|