Qarabaq.info » Araşdırma » Ginnesin rekordlar kitabına düşə biləcək məhkəmə işi


Ginnesin rekordlar kitabına düşə biləcək məhkəmə işi

 
Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı Qarabaq.info saytına bildirir ki,

"Ginnesin rekordlar kitabına düşə biləcək məhkəmə işi. "Torpaqları Azərbaycan neft Fondunundan  maliyyələşən Oğuz-Qəbələ-Bakı su kəmərinin altına düşmüş Qəbələ mülkiyyətçiləri: Bayram Vəzirov, Hacı və Xalidə Qocayevlər düz 5 ildir ki, (və onlara hüquqi yardım göstərən Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının hüquqşünası da) Yasamal Rayon Məhkəməsinə ayaq döyür. Qanunun yol verdiyi bütün hüquqi yollardan istifadə edilib. Lakin bu məhkəmə 5 ildir ki, müxtəlif bəhanələrlə qərar qəbul etməyərək süründürməçiliyə yol verir. 

Mülkiyyətçilər və təşkilatımız  isə bu problemə açıqlamanı  Yasamal rayon məhkəməsinin və Azərbaycan Ümumi Məhkəmə Hakimləri İctimai Birliyi sədri hörmətli Ələddin Cəfərovdan gözləyir. Onu da qeyd edim ki, Azərbaycan Ümumi Məhkəmə Hakimləri İctimai Birliyi həm də Beynəlxalq Hakimlər Assosiasiyasının tamhüquqlu üzvüdür.