Qarabaq.info » Araşdırma » Azərbaycan neftçisi Yusif Kərimov


Azərbaycan neftçisi Yusif Kərimov

 

Yusif Xankişi oğlu Kərimov (1925-1995) — Azərbaycan neftçisi, Sosialist Əməyi Qəhrəmanı, Lenin Ordeni və 2 dəfə "Şərəf Nişanı" ordeni laureatı.


Əmək fəaliyyətiRedaktə


Yusif Kərimov əmək fəaliyyətinə dənizdə qazmaçı köməkçisi kimi başlamaqla, qazmaçı, qazma ustası kimi müxtəlif vəzifələrdə Neft Daşları, Kürgən-dəniz, Qum adası-dəniz, Cənub və s. yataqların kəşf olunmasında fəal iştirak etmişdir.


1960-cı ildən Bakı arxipelaqı yataq larında qazma işləri aparan müəssisəyə rəhbərlik edərkən nəinki təcrübəli qazma işləri bilicisi, eləcə də bacarıqlı təsərrüfatçılıq və təşkilatçılıq qabiliyyətinə malik olduğunu nümayiş etdirmişdir. Onun rəhbərlik etdiyi kollektiv Respublikada həmişə qabaqcılar sırasında olmuş, keçici qırmızı bayraqlarla və pul mükafatları ilə təltif edilməklə fərqlənmişdir.


Yusif Kərimovun rəhbərlik etdiyi dövr ərzində 2 saylı qazma kontorunun kollektivi tərəfindənSəngəçal-dəniz, Duvannı-dəniz, Xarə-Zirə adası yataqları aşkar olunub istifadəyə verilmişdir. Sonralar Sahil Dəniz Kəşfiyyat Qazma idarəsi adı ilə həmin müəssisə fəaliyyət dairəsini daha da genişləndirərək zəngin təcrübə və biliyə malik kadrların əməyi sayəsində daha böyük dərinliklərdə (6600 metrə qədər) qazma işlərini davam etdirmişdir. Həmin kollektivin fəaliyyəti ilə sonralarBulla-dəniz neft-qaz kondensat yatağı, Qarasu, Ələt-dəniz neft-qaz yataqları aşkar olunub.


Təltif və mükafatlarıRedaktə


“Lenin” ordeni;"Şərəf Nişanı” ordeni (2 dəfə);Azərbaycan SSR-nin Əməkdar Neftçisi“Sosialist Əməyi Qəhrəmanı” [1]


Qarabaq.info