Qarabaq.info » Araşdırma » “Bu vaxt müharibə və pul hakimiyyətinə son qoyulacaq”- Vanqanın proqnozu


“Bu vaxt müharibə və pul hakimiyyətinə son qoyulacaq”- Vanqanın proqnozu


 Ötən əsrin ortalarında bəşəriyyətin taleyi ilə bağlı səsləndirdiyi bir çox proqnozları doğru çıxan məşhur görücü Vanqa 2017-ci ildən sonra dünyanın ictimai-siyasi, mənəvi  mənzərəsinin dəyişəcəyini də ehtimal edib.

Kor kahinin bir çox proqnozları uzun müddət insanlardan gizli saxlanılıb. Çünki dövrün siyasi mənzərəsini dəyişən bəzi hadisələr barəsində uzun illər əvvəl verdiyi proqnozların düz çıxması xüsusi gücləri qorxuya saldı. Lakin haradasa 10 il bundan əvvəl çapdan çıxan “Kor kahin Vanqa” kitabında nların bəziləri “oğurlanaraq” səhifələrdə özlərinə yer tapdı.

Həmin kitabın ilk oxucularını təəccübləndirən ən maraqlı məqamlardan biri də Vanqanın bəşəriyyətin gələcəyində insanların mübarizə obyekti haqqındakı fikirləridir.

Kor kahinin gələcəkdə zənginlik və maddi mənfəət üçün mübarizələr, vuruşmalar, bir sözlə heç bir rəqabət olmayacaq. İnsanları pul amili, maddiyyat zərrə qədər maraqlandırmayacaq. Əsas mübarizə amili Kosmik Zəka olacaq. Çünki insanlar ağıla daha çox sahiblənməklə Vahid Kosmik Zəkaya varmaq üçün  mübarizə aparacaq: “Hər birimizin kainatın mikroskopik zərrələrindən biriyik və hamımız birik. Hər birimiz bənzərsiz Vahidi yaradırıq.Mikroskopik varlıq olmağımıza baxmayaraq, hər bir insan Vahid Kosmik Gücə daha çox təsir edə biləcək missiya üçün yaradılıb. Hər bir insan kosmik hədəf üçün Yer kürəsinə göndərilib. Hər insan Vahid Kosmik Gücün xeyrinə yönəlik işlər görmək üçün vardır. Lakin insanlar bunu çox sonradan anlayacaq. O zaman müharibələr və maddiyyat uğrunda mübarizələrə son qoyulacaq”. Moderator.az