Elman Rüstəmovun daha bir səlahiyyəti əlindən alınır - rəsmi
02 noyabr 2016 12:18
Baxış Sayı: 749,
Müəllif: Qarabaqinfo
Çap Et
Azərbaycanda bankların qiymətli metallar və qiymətli daşlarla əməliyyatlarına nəzarət edən orqan dəyişir. Qarabaq.info Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı “Qiymətli metallar və qiymətli daşlar haqqında” qanunun 16.3-cü maddəsinə dəyişiklik təklif edilir. Dəyişikliyə əsasən, bankların qiymətli metallar və qiymətli daşlarla əməliyyatlarına nəzarət bank nəzarəti çərçivəsində qanunla müəyyən edilmiş qaydada maliyyə bazarlarına nəzarət orqanı (Maliyyə Bazarlarına Nəzarət Palatası) tərəfindən həyata keçiriləcək. Maddənin hazırda qüvvədə olan variantına görə, bu səlahiyyət Mərkəzi Banka aiddir. Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və noyabrın 11-də müzakirəyə çıxarılacaq. istiqlal.az |
Bu xəbəri dostlarınla paylaş: