İmişli Şəkər Zavodunun səhmlərinin 40%-i satışa çıxarılacaq
07 oktyabr 2016 17:29
Baxış Sayı: 750,
Müəllif: Qarabaqinfo
Çap Et
"Azərsun Holdinq"ə məxsus İmişli Şəkər Zavodunun səhmlərinin təxminən 40%-i London birjasında İPO üsulu ilə satışa çıxarılacaq.
Qarabaq.info "APA-Economics"in məlumatına görə, bunu Azərbaycan Sahibkarlar Konfederasiyasının Aqrar inkişaf komissiyasının iclasında komissiyanın sədri, "Azərsun Holdinq"in Müşahidə Şurasının sədri Abdolbari Gözəl deyib.
“Bizim 1-2 şirkətimiz London birjasında İPO keçirtmək istədi. Lakin, bu o qədər uğurlu alınmadı. Hazırda İmişli Şəkər Zavodunun səhmlərinin satışa çıxarılması istiqamətində iş aparılır. Ümid edirik ki, bu addım uğurlu olacaq”.
O əlavə edib ki, İPO-nun keçirilməsi ilə əlaqədar zavodda ciddi audit aparılıb: “Çünki, bilirsiniz ki, səhmlərin İPO üsulu ilə satışa çıxarılması zamanı audit şirkəti ardıcıl 4 il müddətində bu niyyətdə olan şirkətdə audit aparmalıdır. Gözləyirik ki, iki il sonra bu niyyətimizi həyata keçirək”. |
loading...
| « Sentyabr 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 | ||||
Saytı bəyənirsinizmi?
|
Bu xəbəri dostlarınla paylaş:
|





















“Vətən uğrunda – Qəhramanlıq salnaməsi” layihəsi uğurla icra olundu.
