Qarabaq.info » Mətbuat Şurası referendumla bağlı monitorinqi başa çatdırıb


Mətbuat Şurası referendumla bağlı monitorinqi başa çatdırıb

Azərbaycan Mətbuat Şurası referendumda jurnalistlərin peşə vəzifəsini yerinə yetirmələri istiqamətindəki monitorinqini başa çatdırıb. 
Qarabaq.info  Şuradan musavat.com-a verilən məlumata görə, monitorinq iki istiqamətdə aparılıb. Şuranın İdarə Heyətinin üzvləri gün ərzində istər paytaxtda, istərsə də bölgələrdəki dairə və məntəqə komissiyalarında olublar. MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov Nəsimi və Nərimanov, MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Fondunun rəhbəri Umud Rəhimoğlu Binəqədi, MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli Suraxanı, MŞ İdarə Heyətinin üzvləri – Milli Məclisin deputatı Aqil Abbas Səbail, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Xətai, “APA Holdinq”in rəhbəri Vüsalə Abışova Sabunçu, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid Yasamal, Nizami və Nəsimi, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli Səbail, Orta Asiya və Cənubi Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət Xətai, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı Yasamal, Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayıl Səbail, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev Sabunçu, MŞ-nin icraçı katibi Rəhim Hüseynzadə Salyan və Neftçala rayonlarındakı məntəqələrə baş çəkiblər. Onlar medianın sərbəst şəkildə səsvermənin gedişini işıqlandırdıqlarının şahidi olublar. Hər hansı nöqsan qeydə alınmayıb. Eyni zamanda jurnalistlər üçün fəaliyyət göstərməyə yaradılan şərait və imkan da qənaətbəxş qiymətləndirilib. Monitorinqin digər istiqamətini “qaynar xətt” rejimi təşkil edib. Peşə vəzifəsini yerinə yetirən jurnalistlər tərəfindən “qaynar xətt”ə hər hansı müraciət daxil olmayıb. Şuradan əlavə ediblər ki, qurum bu gün jurnalistlərin referendumu sərbəst şəkildə işıqlandırmalarını təmin etmək üçün Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası və müvafiq dövlət qurumları ilə sıx əlaqədə olub.