Qarabaq.info » Şov » Elza Seyidcahan: "Bu il 7 dəfə tonqaldan tullanmışam"


Elza Seyidcahan: "Bu il 7 dəfə tonqaldan tullanmışam"


Sənətçi Novruz bayramından danışıb

Əməkdar artist Elza Seyidcahan Novruz bayramından söhbət açıb. İstiPress-ə açıqlama verən Elza xanım Novruzun adət ənənəsini sevdiyini və onlara bacardığı qədər əməl etdiyini bildirib:

"Novruz fallarına inanıram. Bu inanclara inanmasaydılar, bugünümüzə kimi gəlib çıxmazdı. Bircə çox istərdim ki, ailələr səmənini almasınlar. Hər evdə səməni cücərməlidir. Qorğa, buğda qovrulmalıdır. Süfrədə 7 təam olmalıdır. Şəkərbura, paxlava və qoğalın qoxusu çıxmalıdır evdən. Təəssüf ki, indi hər şeyi dükandan hazır alırlar. Yalan deməyəcəyəm, mən də bütün sadaladıqlarımı sifariş etdirmişəm. Amma hamısı evdə bişməlidir. Bu Novruzun əsas şərtidir. Tonqaldan da tullanmaq lazımdı. Bu il də 7 dəfə tonqaldan tullanmışam".

Sənətçi həmçinin açıqlamasında bu bayramın ona uşaqlığını, doğmalarını xatırlatdığını bildirib.