Qarabaq.info » Sosial » Şəmkir rayonu Qaraçəmirli kəndinin bir qrup sakini mülkiyyət hüquqlarının pozulması barədə şifahi və yazılı müraciət etmişlər


Şəmkir rayonu Qaraçəmirli kəndinin bir qrup sakini mülkiyyət hüquqlarının pozulması barədə şifahi və yazılı müraciət etmişlər

 
Qarabaq.info  bu məlumatı  Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri  Mirvari Qəhrəmanlının  facebook səhifəsinə istinadən verib.

Şəmkir rayonu Qaraçəmirli kəndinin bir qrup sakini qaz kəmərinin yeni qolunun tikintisi ( Çənub qaz dəhlizi layihəsi çərçivəsində) zamanı onların mülkiyyət hüquqlarının pozulması barədə təşkilatımıza şifahi və yazılı müraciət etmiş, videogörüntü əlavə etmişlər.

Bununla əlaqədar Təşkilatın mütəxəsisləri Şəmkir rayonunun Qaraçəmirli kəndində olmuş, yerli mülkiyyətçilərlə görüşmüş, onların təqdim etdiyi sənədlərlə tanış olmuş, mülkiyyətçilərə məxsus və kəmər təsirinə məruz qalan ərazinin foto şəkillərini çəkmişlər.

Bu kəmərinin tikintisi zamanı yerli mülkiyyətçilərin hüquqlarının pozulması ilə əlaqədar NHMT hüquqşünası xüsusi rəy hazırlamışdır. Hazırlanmış rəy və ərizəçilərin şikayətləri layihəyə kredit ayrıan Beynəlxalq Maliyyə İnstitutlarına göndəriləcək.

 


Qarabaq.info