İtaliyalı universitet rəhbəri: “Radikalizmin qarşısını almaq üçün tədbirlər görməliyik”
29 sentyabr 2016 19:30
Baxış Sayı: 735,
Müəllif: Qarabaqinfo
Çap Et
“Azərbaycan multikulturalizmə olduqca bağlı ölkədir”.
Qarabaq.info APA-nın məlumatına görə, bunu V Humanitar Forum çərçivəsində təhsil naziri Mikayıl Cabbarovun moderatorluğu ilə keçirilən panel müzakirəsi zamanı İtaliyanın Link Kampus Universitetinin prezidenti Vinçenzo Skottin “Multikulturalizmin müxtəlif modelləri: nəzəriyyədən humanist təcrübəyə doğru” mövzusunda çıxışı zamanı deyib. O bildirib ki, 1 əsr əvvəl mədəniyyətlərarası dialoq insanları, qadınları, kişiləri nəzərdə tutmurdu: “Artıq bu, ziyalı elita arasında aparılan dialoq deyil. Bu, tək siyasi elitanın iştirakını tələb etmir, əhalinin, milli və dini azlıqların inkişafını tələb edir”.
V. Skottin qeyd edib ki, bu gün təxminən 50 milyon insan qaçqın və məcburi köçkün vəziyyətindədir: “Bu, qeyri-sabitliyin nəticəsidir və siyasi, ziyalı elita qarşısında yeni öhdəliklər qoyur. Biz birgə səy göstərərək bu problemləri həll etməliyik. Radikalizmin qarşısını almaq üçün tədbirlər görməliyik. Bir çox Avropa şəhəri real dialoqu və inteqrasiyanı uğursuz aparıb. Ona görə də, onlarda fərqli düşüncədə olanların düşərgələri yaranır və bu düşərgələrdə radikallaşma güclənir”. |
loading...
« Dekabr 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Saytı bəyənirsinizmi?
Bu xəbəri dostlarınla paylaş:
|