Qarabaq.info » Sosial » Böyük Vətən müharibəsi iştirakçılarından biri ilə görüş


Böyük Vətən müharibəsi iştirakçılarından biri ilə görüş


Arzu Rehimov"Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı" İctimai Birliyinin
İcraçı Direktoru. Qarabaq.info saytına verdiyi məlumada deyilir ki.

Qələbə Gününüz Mübarək


Müharibə illərində Leninqrad, Moskva, Sevastopol, Odessa, Stalinqrad, Kiyev və digər şəhərlər uğrunda gedən şiddətli döyüşlərdə, partizan əməliyyatlarında, Berlin uğurundakı döyüşlərdə göstərdikləri igidliyə görə minlərlə soydaşımız orden və medallarla təltif olunub, 121 nəfər azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına, 34 nəfər “Şöhrət” ordeninin hər üç dərəcəsinə layiq görülüb.


1941-1945-ci illərdə Bakıda 63 yeni neft və kimya sənayesi müəssisəsi tikilib işə salınıb, döyüşən ordunun yanacaqla təminatında Azərbaycan böyük pay sahibi olub. Böyük Vətən müharibəsi illərində SSRİ-də çıxarılan neftin 69 faizi Bakıda istehsal olunub. Müharibə illərində Azərbaycanın ayrı-ayrı bölgələrində 66 təxliyə hospitalı yaradılıb.


Böyük Vətən müharibəsi iştirakçılarından biri də Beyləqan rayonunun Əlinəzərli kəndində yaşayan Rəhimovlar ailəsinin ən qocaman sakini Rəhimov Teymur Əliş oğludur.


Əlinəzərli kəndinin sakini 1922-ci il təvəllüdlü Teymur Əliş oğlu Rəhimov 1941-ci ildə İmişli Rayon Hərbi Komissarlığı tərəfindən cəbhəyə səfərbər olunmuşdur. Faşist Almaniyasına qarşı müharibə yeri-göyü lərzəyə salmışdı. Bu zaman o, kolxozda qoyunçuluq təsərrüfatında işləyirdi və cəmi 19 yaşı var idi. Müharibənin ən odlu-alovlu vaxtında-1942-ci ilin yay ayının axırlarında o, sol qolunu itirir. Teymur Rəhimov gözlərini açanda artıq hərbi lazaretdə idi, ətrafında gələn səslər isə tamamilə yad bir dildə səslənirdi. O, artıq harda olduğunu hiss etmişdi… Sağaldıqdan sonra Teymur Rəhimov 1947-ci ilə qədər Almaniyada əsir qalmışdı.


Allah bütün veteranlarımıza ömür versin. 9 May – Qələbə Günü münasibətilə bütün veteranlarımızı təbrik edirəm.



 

Qarabaq.info