MSK sədri ATƏT/DTİHB direktorunu qəbul edib
12 oktyabr 2016 18:38
Baxış Sayı: 687,
Müəllif: Qarabaqinfo
Çap Et
![]() Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) direktoru Mixael Linklə görüşüb.
Qarabaq.info Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, ATƏT/DTİHB-nin direktoru MSK ilə qarşılıqlı faydalı əməkdaşlığı davam etdirmək və daha da inkişaf etdirmək istədiklərini bildirib. M. Pənahov diqqətə çatdırıb ki, MSK beynəlxalq qurumlarla əməkdaşlığa hər zaman açıqdır və bu münasibətlər Azərbaycanda seçki praktikasının daha da təkmilləşdirilərək hazırkı inkişaf səviyyəsinə çatmasında mühüm əhəmiyyət kəsb edir. O, Azərbaycanda hazırda mövcud olan hərtərəfli şərait və demokratik mühitin seçkilərin də azad, ədalətli və şəffaf keçirilməsinə geniş imkanlar yaratdığını söyləyib.
M. Link M. Pənahovu bu ilin noyabr ayında Vyanada keçiriləcək seçki məsələlərinə həsr olunan tədbirə dəvət edib. |
loading...
« Sentyabr 2025 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | 2 | 3 | 4 | 5 | 6 | 7 |
8 | 9 | 10 | 11 | 12 | 13 | 14 |
15 | 16 | 17 | 18 | 19 | 20 | 21 |
22 | 23 | 24 | 25 | 26 | 27 | 28 |
29 | 30 |
Saytı bəyənirsinizmi?
Bu xəbəri dostlarınla paylaş:
|