Azərbaycan prezidenti Avstriyanın keçmiş Prezidenti qəbul edib
24 aprel 2017 11:18
Baxış Sayı: 823,
Müəllif: Qarabaqinfo
Çap Et
Azərbaycan prezidenti İlham Əliyev Avstriyanın keçmiş Prezidenti Haynts Fişeri qəbul edib Prezident İlham Əliyev Avstriya Respublikasının keçmiş Prezidenti Haynts Fişeri qəbul edib. Prezident İlham Əliyev Avstriyaya, Haynts Fişer isə Azərbaycana qarşılıqlı səfərlərini məmnunluqla xatırladılar. Dövlətimizin başçısı İlham Əliyev və keçmiş Prezident Haynts Fişer ən yüksək səviyyədə əldə olunmuş sazişlərin uğurla həyata keçirildiyini qeyd etdi. Söhbət zamanı bugünkü görüşün ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə təsadüf etməsinin rəmzi məna daşıdığı vurğulandı, bu illər ərzində Azərbaycan ilə Avstriya arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə dinamik şəkildə inkişaf etdiyi məmnunluqla qeyd olundu. Görüşdə, həmçinin Avstriyanın ATƏT-də sədrliyinin prioritetləri ətrafında məsələlər müzakirə edildi. Qarabaq.info-nın xəbərinə görə, bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir. |
Bu xəbəri dostlarınla paylaş: