Kvirikaşvili: "GUAM ölkələri üçün ərazi bütövlüyü məsələsi ortaq və ən ağrılı problemdir"
27 mart 2017 18:41
Baxış Sayı: 791,
Müəllif: Qarabaqinfo
Çap Et
"Üzv ölkələrin suverenliyi və ərazi bütövlüyünün müdafiəsi üçün Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın potensialından fəal istifadə olunmalıdır".
Qarabaq.info APA-nın “apsny.ge” saytına istinadən verdiyi məlumata görə, bunu Gürcüstanın baş naziri Georgi Kvirikaşvili deyib. O bildirib ki, müasir zamanın qlobal və regional çağırışları GUAM çərçivəsində və beynəlxalq arenada əməkdaşlığı möhkəmləndirməyi zəruri edir: "GUAM üzv ölkələri üçün ərazi bütövlüyü məsələsi ortaq çağırış və ən ağrılı problemlərdən biridir. Regionda həllini tapmayan problemlər üzv ölkələrin siyasi, iqtisadi və sosial inkişafına maneçilik törədir”.
Gürcüstan baş nazirinin sözlərinə görə, üzv ölkələrin suverenliyi və ərazi bütövlüyünə qəsd faktlarına adekvat reaksiya və beynəlxalq dəstək almaq məqsədilə GUAM-ın potensialından fəal istifadə olunmalıdır. |
loading...
« Dekabr 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Saytı bəyənirsinizmi?
Bu xəbəri dostlarınla paylaş:
|