"Komandirin yarasını sarıb, çiyninə alıb aparanda oğlumu vurdular" - Şəhidin atası - VİDEO
01 mart 2017 12:31
Baxış Sayı: 763,
Müəllif: Qarabaqinfo
Çap Et
Növbəti şəhidimiz Bakıda torpağa tapşırıldı.Qarabaq.info ARB TV-yə istinadən xəbər verir ki, fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən şəhid olmuş hərbi qulluqçularımızdan biri də Zakir Cəfərovdur. O, yaralı komandirini çiyninə alaraq döyüş meydanından uzaqlaşdırmaq istəyərkən şəhid olub. Onun dəfni Keşlə qəbiristanlığında baş tutub. Bir sıra dövlət rəsmiləri, Müdafiə Nazirliyinin, şəhidin xidmət etdiyi hərbi hissənin, hüquq-mühafizə orqanlarının nümayəndələri də dəfn mərasimində idilər. 21 yaşlı şəhid izdihamın müşayiəti ilə torpağa tapşırıldı. Daha sonra şəhid Zakir Cəfərov Azərbaycan Respublikasının himni və yaylım atəşi altında torpağa tapşırıldı. Şəhidin tabutuna çəkilmiş Azərbaycan bayrağı onun ailə üzvlərinə təqdim olundu. Nazim Cəfərov (şəhidin atası): "Atışma zamanı yaralananlar və şəhid olanlar olub. Neytral ərazidən çıxan zaman komandir yaralanıb. Qayıdıb komandirin yarasını bağlayıb, çiyninə alıb aparanda vurublar". |
Bu xəbəri dostlarınla paylaş: