Qarabaq.info » Ölkə içi » Nazirlik: İcbari təhsildən yayınan uşaqlar var


Nazirlik: İcbari təhsildən yayınan uşaqlar var

 

“Azərbaycanda icbari təhsildən yayınan uşaqlar var. Lakin son illərdə icbari ümumi orta təhsildən yayınma halları əhəmiyyətli dərəcədə azalıb”. 

 Qarabaq.info APA-nın xəbərinə görə, bunu Təhsil Nazirliyin Təhsilin inkişafı proqramının şöbəsinin müdiri Emin Əmrullayev deyib.

 

O icbari təhsildən yayınma hallarının səbəblərini açıqlayıb: “Müəyyən uşaqlar Azərbaycanda 1-ci sinfə gedir, daha sonra təhsilini başqa ölkədə davam etdirir. Bir qisim uşaq sağlamlığını itirdiyi üçün təhsildən yayınır. Burada miqrasiya məsələləri də var”.

 

E. Əmrullayev qeyd edib ki, 1,3 - 2 faiz uşaq məktəbə getmir: “Məsələn, 1000 nəfər uşaq 1-ci sinfə gedibsə, 9-cu sinfi 900 şagird bitirib. Burada 10 faiz şagird icbari təhsildən yayınıb demək düz deyil”.