Baş geoloqun hikkəsi
05 may 2017 11:09
Baxış Sayı: 1 243,
Müəllif: Qarabaqinfo
Çap Et
Baş geoloqun hikkəsi!Qarabaq.info xəbər verir ki, bu sözləri Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlının səyfəsinə istinadən. AQŞ –nin Baş geoloqu işçinin işdən azad olunması üçün Baş Direktora hüquqi cəhətdən əsaslandırılmayan bir Təqdimat yazır:- İşlədiyi müddətdə dəfələrlə əmək intizamını pozmasını (işçi bir dəfə də olsa şifahi, yazılı xəbərdarlıq və ya əmək intizamı tənbehi almayıb), yalançı və ya saxta xəstəlik vərəqəsi almasını (xəstəlik vərəqinin yalanşı və saxta olunması barədə heç sübut olmadığı halda), iclaslara gəlməməsini (istirahət və bayram günlərində), təcrübəsini artırmaq üçün əmək müqaviləsində göstərilməyən başqa sahəyə getmədiyini (işçinin 10 gündən sonra əmək müqaviləsinin müddəti bitir və o müqaviləsinin artırmayacağını İşəgötürənə bildirib) nəzərə alaraq işdən azad olunsun. Və işçidən izahat alınmadan bu təqdimat əsasında əsasında 23 yaşlı gənc bir neftçi ilə bağlanmış Əmək müqaviləsi, ARƏM 70-ci maddəsinin ç) bəndinə əsasən: “işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda” əsası ilə ləğv edilib işdən azad edilir. Əslində bu işçinin işəgötürənlə bağladığı əmək müqaviləsi 10 gündən sonra başa çatırdı .Baş geoloqun cəmi 10 gündən sonra müqavilə müddətinin bitməsi ilə əlqədar, öz arzusu ilə işdən azad olunmasını bildirən gənc bir işçiyə qarşı bu qədər qərəzliliyinin kökündə isə,işçinin onun xəbəri olmadan,başqa yerdə iş iapması olub. İşçinin hüquqlarını məhkəmədə təşkilatın hüquqşünası Azər Quliyev müdafiə edir. Qarabaq.info |
Bu xəbəri dostlarınla paylaş: