Azərbaycan sülhməramlılarının bir qrupu Əfqanıstana yola salınıb
12 aprel 2017 16:51
Baxış Sayı: 811,
Müəllif: Qarabaqinfo
Çap Et
NATO-nun Əfqanıstanda həyata keçirdiyi "Qətiyyətli dəstək" qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərmək üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 54 hərbi qulluqçusu plana uyğun olaraq rotasiya qaydasında Əfqanıstana yola salınıb. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb. Hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 hərbi qulluqçusu, 2 hərbi həkimi və mühəndis-istehkam ixtisası üzrə 2 zabiti Əfqanıstandakı missiyada iştirak edir. Qarabaq.info-nın xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Müdafiyə nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir. |
Bu xəbəri dostlarınla paylaş: