Qarabaq.info » Ölkə içi » MDB İcraiyyə Komitəsinin sədri: "Referendumun nəticələri Azərbaycan xalqının iradəsini əks etdirir"


MDB İcraiyyə Komitəsinin sədri: "Referendumun nəticələri Azərbaycan xalqının iradəsini əks etdirir"

 

"Azərbaycanda Konstitusiyaya dəyişikliklərlə bağlı keçirilən referendumun nəticələri bu ölkənin xalqının real iradəsini əks etdirir".

 

Qarabaq.info APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev deyib.

 

"Referendumun nəticələri göstərir ki, Azərbaycan xalqı Konstitusiyaya dəyişiklikləri dəstəkləyir", - deyə S. Lebedev qeyd edib.

 

O, Azərbaycanda keçirilən referendumda MDB-dən də müşahidə missiyasının işlədiyini xatırladıb: "MDB müşahidə missiyası referendumun qanuni, şəffaf, demokratik keçirildiyini, Azərbaycan xalqının iradəsini əks etdirdiyi bildirir".