3 gün əvvəl yoxa çıxdı - Bu gün meyiti tapıldı
24 sentyabr 2016 17:40
Baxış Sayı: 853,
Müəllif: Behruz
Çap Et
![]() Virtualaz.org-un məlumatına görə, cəsəd FHN-nin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suya düşərək batdığı ehtimal olunan yerdən 32 kilometr aralıda - Neftçala rayonunun Surra kəndi ərazisində tapılıb. Qeyd edək ki, Yaqub İsmayılovun evi Salyan şəhərində Kür çayının sahilində yerləşir. Hadisə baş verən gün sentyabr ayının 21-də axşam saatlarında həyat yoldaşına hava almaq üçün Kür çayının sahilinə getdiyini deyib və elə o vaxtdan da ondan bir xəbər yox idi. Amma Yaqub İsmayılovun Kür çayında boğulma ehtimalı yarandığından FHN-nin DSXX-nin əməkdaşları 3 gün idi ki, Kür çayında intensiv axtarışlara başlamışdılar. Hüquq-mühafizə orqanlarında baş vermiş hadisə ilə bağlı arşdırmalara başlanılıb. Bizim Yol. |
Bu xəbəri dostlarınla paylaş: