Qarabaq.info » Hadisə » Bakı və Şəki sakinlərindən avtomat və tüfənglər götürülüb


Bakı və Şəki sakinlərindən avtomat və tüfənglər götürülüb

 

Bakı və Şəki sakinlərindən odlu silah götürülüb.

 

Qarabaq.info APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, Suraxanı rayon 30-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Fərahim Qasımovdan “AKM” markalı silah, patron darağı və 48 ədəd patron, Şəki ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə Baş Göynük kənd sakinləri Vaqif Qarabəyovdan “TOZ-16” və Çingiz Umarovdan isə “İJ-28” markalı müvafiq sənədləri olmayan ov tüfəngləri müsadirə olunub.

 

Hər bir faktla bağlı araşdırma aparılır.