İrandan Azərbaycana dövlət sərhədindən narkotik vasitəsi kecirilərkən aşkar olunaraq götürülmüşdür.
24 aprel 2017 12:05
Baxış Sayı: 773,
Müəllif: Qarabaqinfo
Çap Et
Dövlət Sərhəd Xidmətinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə və qaçaqmalçılığa qarşı fəaliyyətlərini uğurla davam etdirirlər. Sərhədçilərimizin sayıqlığı sayəsində növbəti dəfə külli miqdarda narkotik vasitələrin ölkəmizə gətirilməsinin qarşısı alınmışdır. Qarabaq.info-nın Dövlət Sərhəd Xidmətinin saytına istinadən bildirir ki, 20.04.2017-ci il tarixdə saat 22:30 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Biləsuvar rayonunun ərazisindəki sərhəd zastavasının xidməti sahəsində İrandan Azərbaycana dövlət sərhədindən narkotik vasitələri keçirərək hadisə yerindən uzaqlaşmağa cəhd göstərən Yevlax rayon sakinləri Niyazquliyev Müşfiq İbrahim oğlu və Cəfərov Ramin İslam oğlu səhədçilərin çevikliyi nəticəsində saxlanılmışlar. Onların üzərlərinə baxış zamanı külli miqdarda narkotik maddə olan 1 kq 250 qram heroin və 950 qram marixuana aşkar olunaraq götürülmüşdür. Təqib zamanı sərhədçilərə qarşı müqavimət göstərən Cəfərov Ramin İslam oğlu özünə bıçaqla ağır bədən xəsarəti yetirmişdir. Yaralı ilkin tibbi yardım göstərilməsi üçün tibb müəssisəsinə çatdırılmışdır. Hazırda saxlanılan şəxsin sağlamlığına heç bir təhlükə yoxdur. Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir. |
loading...
« Dekabr 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Saytı bəyənirsinizmi?
Bu xəbəri dostlarınla paylaş:
|