Qarabaq.info » Gündəm » Aurelia Qriqoriu Bakıya gəlir - Səbəb


Aurelia Qriqoriu Bakıya gəlir - Səbəb

 

Tez-tez Azərbaycanın qonağı olan Moldova İctimai Palatasının sədri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Moldova filialının rəhbəri Aurelia Qriqoriu Bakı Şopinq Festivalında (Baku Shopping Festival) iştirak etmək niyyətindədir.


Qarabaq.info Axar.az istinadən xəbər verir ki, festivalın rəsmi saytına müsahibəsində xanım festivalın işinə uğurlar arzulayıb və bu tədbirin Azərbaycana investisiya cəlb edilməsi üçün yaxşı fürsət olduğunu bildirib. Bundan başqa, Aurelia Qriqoriu “Tax Free” sisteminin ölkəyə turist, həmçinin şopinq-turlar təşkil edən şirkətləri cəlb etmək üçün imkan yaratdığını söyləyib.


Onun sözlərinə görə, aprelin 23-26-sı tarixlərində Bakıda səfərdə olacaq və mütləq festivala qatılacaq.