Müdafiə naziri Türkiyənin ölkəmizdəki səfiri ilə görüşüb
15 mart 2017 11:41
Baxış Sayı: 801,
Müəllif: Qarabaqinfo
Çap Et
Martın 14-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral ilə görüşüb.Görüşdə hər iki ölkənin Silahlı Qüvvələrinin inkişafı istiqamətində həyata keçirilən əməkdaşlığın perspektivləri, regiondakı hərbi-siyasi vəziyyət, bölgə üçün vacib əhəmiyyət kəsb edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları və digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub. Tərəflər Azərbaycan və Türkiyə Silahlı Qüvvələri nümayəndələrinin qarşılıqlı səfərlərinin, həmçinin hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın davam etdirilməsinin zəruriliyini xüsusi qeyd ediblər. Qarabaq.info-nın xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Müdafiyə nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir. |
Bu xəbəri dostlarınla paylaş: