Bu qidalar uşağın boyunu uzadır
24 sentyabr 2016 18:04
Baxış Sayı: 993,
Müəllif: Behruz
Çap Et
Bir çox valideynlər uşaqlarının boyunun daha uzun olması üçün litrlərlə südə, ağ pendirə ümid edir. Unutmayaq ki, böyümə çağında yediklərimiz boyumuzun uzanmasına xeyli təsir edir. Boy uzanmasında genetik faktorlar böyük rol oynasa da, yediklərimiz və həyat tərzimiz də bu hadisədə olduqca təsirlidir. Əslində fikir vermədiyimiz bəzi qidalar boyumuzun uzanmasına kömək olur. Aile.lent.az boy uzadan həmin qidalarla sizi tanış edir. Nişasta xüsusilə yeniyetməlikdə çox faydalıdır Nişasta bədənin təməl enerji mənbələrindən biridir. Bununla yanaşı tərkibində B vitamini, lif, dəmir, maqnezium və selenium da var. Çox əhəmiyyətli kalori qaynağı olduğu üçün xüsusilə uşaqların sürətli inkişaf prosesi zamanı və yeniyetməlik dövründə daha çox qəbul edilməlidir. Yumurtanın ağı hüceyrə çoxalmasında təsirlidir Yumurtanın ağı 100 faiz zülal və riboflavin olan B2 vitamini ehtiva edir. Riboflavin hüceyrə çoxalmasında əhəmiyyətli vitaminlərdən biridir. Boyun uzanmasını təmin etmək üçün bu vitaminə ehtiyac var. Gündə bir ovuc soya toxumu Soya yüksək nisbətdə zülal ehtiva edən tərəvəzlər arasındadır. Soyadakı saf zülal sümüklərin inkişafında və toxuma kütləsinin artmasında əhəmiyyətlidir. Boyun uzanmasını təmin etmək üçün gündə 50 qram soya kifayətdir. Yulaf nahar üçün yaxşı variantdır Yulaf da yüksək miqdarda zülal ehtiva edir. Yulaf əzələ kütləsini artırır, yağ miqdarını azaldır. Naharda yulaf əzməsi və ya yulaflı məhsullar yemək məsləhətdir. Mərcan kalsiumu Dəniz mərcanlarından əldə edilən və yeyilməsi sümük böyüməsini sürətləndirən bu kalsium erkən yaşlardan qəbul edilməlidir. Həkimlə məsləhətləşərək kapsullarından da faydalana biləcəyiniz kimi, təbii formada da yeyı bilərsiniz. Sümüklərin dostu - süd və pendir Boyun uzamasında ən təsirli minerallardan birincisi kalsiumdur. Süd və süd məhsullarında bol miqdarda olan kalsium sümüklərin uzanmasını təmin edir, bədənin müqavimətini artırır. Ümumi olaraq bütün süd və süd məhsullarında kalsium olsa da, gündəlik olaraq yediyimiz pendirlər içində tam yağlı ağ pendir kalsium baxımından daha zəngindir. Palamut balığı da sümük inkişafını dəstəkləyir Palamutla yanaşı, kefal, tori və skumbriya balıq növləri də ehtiva etdiyi zəngin yağ və vitaminlər sayəsində sümük inkişafını dəstəkləyir və sümüklərin uzanmasını təmin edir. Mütəxəssislər bu balıqlardan hər hansı birinin hər həftə nizamlı olaraq yeyilməsini təklif edir. Toyuq, hinduşka və qırmızı ətdəki zülal də boy uzadır Toyuq heyvani qidalar arasında ən zəngin zülal qaynaqlarından biridir. Zülal boy uzanmasında əhəmiyyətli təsirə malikdir. Toyuq və hinduşka ətindəki bu mineral əzələ və toxumaların inkişafı üçün olduqca əhəmiyyətlidir. Eyni formada qırmızı ət də bu gücə malikdir. bizim yol.(lent.az)
|
Bu xəbəri dostlarınla paylaş: