Müvafiq dövlət qurumları tərəfindən ciddi araşdırılmasına ehtiyac duyulur
11 may 2017 12:17
Baxış Sayı: 1 747,
Müəllif: Qarabaqinfo
Çap Et
Müvafiq dövlət qurumları tərəfindən ciddi araşdırılmasına ehtiyac duyulur! Qarabaq.info xəbər verir ki, bu sözləri Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlının səyfəsinə istinadən. Azneft İB strukturlarına daxil olan NQÇİ-lərdə qəza baş verəndə,bu qəza ən vacib faktor olan insan itgisi ilə nəticələnəndə,ictimaiyyətin ağlına ilk gələn olur ki-bəlkə təxribatdır? Biz isə, bir hüquq-müdafiə təşkilatı olaraq deyirik :-bu ölkə qanunvericiliyinin pozulmasının nəticəsidir. Aşağıdakı şəkillərə diqqət yetirin. Neft Daşları NQÇİ-yə məxsus ərazidə balıq biznesi ilə məşğul olan balıqçı qayıqlarıdır . Bu həmişə müşühidə olunur. Təsadüf deyil. NQÇİ-nin estakadalarının arası ilə,heç bir rəsmi icazəsi olmayan,bütün qadağalara baxmayaraq, balıqçı lodkaları tor ataraq, o baş bu başa şütüyürlər. Aldığımız məlumatda o da qeyd edilir ki, balıqçıların sahibi bunun üçün kimə lazımdır “hörmətlərini”edirlər. Doğurdan da, onda bu kənar adamlar üzərindən neft və qaz xətləri keçən stratejli əhəmiyyətli estakadaların altı ilə hərəkət edərək istədiklərini etməzdilər. Kim qarantiya verə bilər ki, bu balıqçı gəmiləri dövlətimiz üçün xüsusi əhəmiyyəti olan, strateyi obyektdə hər hansı bir fəsad törədə bilməz? Onu da qeyd edim ki, Neft Daşlarında dövlətə məxsus belə qayıqlar yoxdur. Bunlar PSK-da deyil, 2-3 nəfərlik balıqçı qayıqlarıdır. Qeyd: Şəkildə arxada görünən obiyekt ARDNŞ-nin mühüm strateji əhəmiyyətli Neft Yığım Məntəqəsidir. Qarabaq.info |
Bu xəbəri dostlarınla paylaş: