Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Münxen Təhlükəsizlik Konfransında səhiyyə təhlükəsizliyi ilə bağlı panel-müzakirəni izləyib
21 fevral 2017 18:45
Baxış Sayı: 802,
Müəllif: Qarabaqinfo
Çap Et
Azərbaycan Respublikasının birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva fevralın 18-də 53-cü Münxen Təhlükəsizlik Konfransı çərçivəsində səhiyyə təhlükəsizliyinə həsr olunan panel-müzakirəni izləyiblər.Qarabaq.info AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, panel-müzakirədə dünyada baş verən epidemiyaların qarşısının alınmasında BMT-nin, Dünya Səhiyyə Təşkilatının birgə səyləri və bu prosesə vətəndaş cəmiyyəti institutlarının, eləcə də özəl sektorun cəlb olunması yolları, epidemiyalarla mübarizədə innovasiya və müasir texnologiyalardan istifadə və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. 53-cü Münxen Təhlükəsizlik Konfransı fevralın 19-da öz işini başa çatdırıb. |
Bu xəbəri dostlarınla paylaş: