Qarabaq.info » Dünya » Rusiyadan Ukraynaya: Oyun bitdi


Rusiyadan Ukraynaya: Oyun bitdi

 

Moskvanın qarşılıq verməsindən sonra Kiyev Krım yarımadası yaxınlığında həyata keçirdiyi hərbi təlimlərin yerini dəyişdirdi. Rusiya Ukraynaya “oyun bitdi” mesajı verdi.

Qarabaq.info Axar.az istinadən xəbər verir ki, bu sözləri Rusiya Dövlət Dumasının deputatı Dmitri Belik deyib.

“Kiyev Rusiyanın cavab addımlarından qorxdu. Krımın cənubundakı havadan müdafiə sistemləri, gəmilər, Bastion raketləri digər istiqamətə çevrildi. Hərbi Hava Qüvvələrimiz yarımadanın hava sərhədini keçən istənilən obyekti vurmağa qadirdir”, - Belik bildirib.

Qeyd edək ki, Ukrayna ordusu Krım yaxınlığında raket sınaqları həyata keçirir.