Bu ölkə SSRİ-yə geri dönmək istəyir – Sorosun sorğusu
21 oktyabr 2016 19:26
Baxış Sayı: 588,
Müəllif: Qarabaqinfo
Çap Et
![]() Əgər Moldovada referendum təşkil olunsaydı, əhalinin 30,9%-i Avropa Birliyi, 44% isə Avrasiya İttifaqının tərkibində yaşamağı seçərdi.
Qarabaq.info Axar.az istinad xəbər verir ki, bu nəticə Moldovada Soros Fondunun maliyyə dəstəyi ilə keçirilən sorğudan sonra əldə olunub. Sorğuya əsasən, ölkə əhalisinin 63,8%-i Moldovanın Rumıniyanın tərkibinə qatılmasının əleyhinə çıxıb. Üstəlik, respondentlərin 57,4%-i Moldovanın NATO-ya qəbul olunmasını istəmədiklərini bildirib.
Maraqlı məqam isə moldovalıların SSRİ ilə bağlı fikirləri olub. Sorğuda iştirak edənlərin 57%-i kommunist rejimini bəyəndiyini, 23,6%-i isə nifrət etdiyini bildirib. 56% şəxs SSRİ-nin süqutuna təəssüf etdiyini açıqlayıb. 26,2% isə buna qarşı çıxıb. Üstəlik, moldovalıların 47,5%-i SSRİ-nin yenidən yaradılmasının, 48,5%-i isə ölkənin SSRİ-yə birləşdirilməsinin tərəfdarıdır. axar.az |
loading...
Saytı bəyənirsinizmi?
Bu xəbəri dostlarınla paylaş:
|