London Brexitdən sonra da Putinə sanksiya istəyir
21 oktyabr 2016 18:56
Baxış Sayı: 649,
Müəllif: Qarabaqinfo
Çap Et
![]() Theresa May Avropa liderlərini əmin edir ki, Britaniya Aİ-dən ayrıldıqdan sonra da etibarlı partnyor olacaq qalacaq. Məqalədə deyilir ki, cümə axşamı Brüssel sammitinə təşrif gətirmiş Britaniya baş naziri Theresa May Avropa rəhbərliyini Kremlin Suriyadakı "dəhşətli qətliamlarının" dayandırılmasına çağırıb. Baş nazir deyib ki, Avropa Rusiyanın təcavüzkarlığına qarşı "möhkəm vahid cəbhədən" çıxış etməlidir. Beləliklə, Theresa May Ruisya üzərinə təzyiqi artırmaq əzmində olan fransalı və alman həmkarları Francois Hollande və Angela Merkelə dəstək vermiş olub. Hollande deyib ki, Rusiya Hələb şəhərini yer üzündən silmək əzmindədir. "The Guardian" yazır ki, Avropa İttifaqının üç ən böyük ölkəsinin dəstəklədiyi bəyannamə layihəsi bundan əvvəlki sanksiya bəyanatlarından daha sərt və güclüdür. Sənəddə deyilir ki, Suriyadakı qətliamlar dayandırılmasa, Aİ Rusiyanın həm ayrı-ayrı fərdlərinə, həm də şirkətlrəinə qarşı sərt sanksiyalar qəbul edə bilər. Aİ-dəki mənbədən alınan məlumatda deyilir ki, sanksiyalar üzv ölkələr tərəfindın razılaşdırıldılqan sonra səfərlərinə qadağam qoyulan fərdlərin və aktivləri döndurulan şirkətlrəin siyahısı elan ediləcək. "The Guardian" yazır ki, Aİ xarici işlər nazirləri bundan əvvəl Rusiyaya qarşı mümkün hərbi cinayət ittihamlarının irəli sürülməsi məsələsini müzakirə ediblər. Bundan başqa Theresa May Avropa liderlərini əmin edib ki, Britaniya Aİ-dən ayrıldıqdan sonra da etibarlı partnyor olacaq qalacaq. "The Guardian" yazır ki, çərşənbə axşamı Rusiya prezidenti Vladimir Putinin Almaniya kanselri Angela Merlellə və Fransa prezidenti Francois Hollande-la görüşündən sonra Moskva Suriyadakı "humanitar fasiləni" uzadıb (BBC).Müsavat.com. |
Bu xəbəri dostlarınla paylaş: